Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM` - FOTOLAR
İnstruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev hansı universitetdə və neçənci illərdə təhsil alıb?

Vasim Abdullayevin tibb təhsilinin olmamasını, hətta qeyd olunan universitetlərdə oxumadığını gücləndirən başqa bir amil onunla bağlı Tibb Universitetinə, Turizm və Menecment Universitetinə, Xəzər Universitetinə ünvanladığımız sorğuların bir aydan artıqdır ki, cavablandırılmamasıdır

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən Reflex Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxsin tibb təhsilinin olmadığına, yəni diplomsuz həkim kimi fəaliyyət göstərdiyinə dair "Hürriyyət"in redaksiyasına məlumat daxil olub.

Nəzərinizə çatdıraq ki, sözügedən mərkəzin saytında - reflex.az-da Vasim Abdullayevin Azərbaycan Tibb Universitetini bitirdiyi qeyd olunsa da, əslində onun Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi olduğuna dair informasiya mövcuddur. Digər məlumatda isə həmin şəxsin Xəzər Universitetinin Tibb Fakültəsini bitirdiyi deyilir. Təbii ki, bu, olduqca ciddi və müvafiq qurumların dərhal müdaxiləsini tələb edən məsələdir. Çünki Vasim Abdullayevin doğrudan da tibb təhsili yoxdursa, o zaman onun pasiyent qəbul edib onlara müalicə təyin etməsi "Sağlamlığınız etibarlı əllərdədir!" şüarı ilə fəaliyyət göstərən Reflex Reabilitasiya Mərkəzinə müraciət edən şəxslərin həyatını ciddi təhlükə ilə üz-üzə qoyur. Halbuki, istənilən tibb müəssisəsində həkim kimi işə qəbul zamanı məhz tibbi təhsili təsdiqləyən diplomun olması əsas tələblərdən biri olmalıdır. İnsaf naminə qeyd etmək lazımdır ki, TƏBİB-in ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs -red.) nəzdində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkim personalı sahə üzrə diploma malikdirlər. Çünki onların işə qəbul proseduru müvafiq qaydalara əsasən aparılır və bu zaman tibb təhsili olmayan şəxsin həkim kimi fəaliyyətinə icazə verilmir. Elə buna görədir ki, hazırda TƏBİB-in tabeliyindəki tibb ocaqlarında saxta diplomlu və ya ümumiyyətlə, tibb təhsili almayan personala rast gəlmək mümkün deyil. Görünür, Reflex Reabilitasiya Mərkəzi bu cür önəmli məsələyə barmaqarası baxdığından tibb təhsilinin olmadığı iddia edilən, ümumiyyətlə, diplomunun olub-olmamasına dair müxtəlif məlumatlar dolaşan Vasim Abdullayev adlı gəncin mərkəzdə fizioterapist kimi çalışmasına göz yumub.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, redaksiyamıza daxil olan informasiyada Vasim Abdullayevin cəmi-cümlətanı 3 aylıq təbabət kursunu bitirdiyi qeyd olunur. Həmçinin, o da bildirilir ki, Reflex Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti bundan öncə çalışdığı tibb müəssisəsindən məhz ali tibb təhsilinin olmaması səbəbindən kənarlaşdırılıb. Lakin bir müddət sonra Vasim Abdullayev kim(lər)insə yardımı ilə Reflex Reabilitasiya Mərkəzinin peşəkar həkimi kimi efirlərdə peyda olmağa başlayıb. Halbuki, baza tibb təhsili aldıqdan sonra rezidentura keçərək ixtisas sahibi olmayan əsl həkim belə, konkret hansısa ixtisas üzrə çalışa bilməz. Tibb təhsili olmayan birisi isə ümumiyyətlə, bu sahəyə yaxın durmamalı, hətta özəl tibb müəssisəsində belə, çalışmamalıdır.

Yeri gəlmişkən, məsələ ilə bağlı Vasim Abdullayevə suallar ünvanlayan həmkarımızın onun dialoqunu təqdim edirik:

- Sizin tibbi təhsiliniz varmı?

- Bəli var.

- Sosial şəbəkələrin birində Xəzər Universitetini, digərində isə Mingəçevir Turizm Kollecini bitirdiyinizi qeyd etmisiniz. Bilmək olarmı adıçəkilən universiteti və kolleci neçənci illərdə bitirmisiz?

- Sosial şəbəkələrdə adımdan kimlərinsə profil açmasının məsuliyyətini mən daşımıram.

- Reflex Reabilitasiya Mərkəzinin saytında - reflex.az-da Azərbaycan Tibb Universitetini bitirdiyiniz qeyd olunub. Həmin ali təhsil ocağında hansı illərdə təhsil alıbsınız?

- Saytda texniki səhv olub. Təkcə məndə yox, bir çox həkimlərdə bu səhv olub.

- Ümumiyyətlə, hansı universiteti və neçənci illərdə bitirdiyinizi deyə bilərsiz?

- Xeyr! Şəxsi məlumatlarımı paylaşmıram.

- Bizdə olan məlumata görə, siz hal-hazırda Mingəçevir Turizm Kollecində 2-ci kursda oxuyursuz. Bu, doğrudur?

- Mən sizə cavab vermək məcburiyyətində deyiləm.

Budur, nə qədər qəribə görünsə də, lakin bu gün Reflex Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxs hansı universitetdə və neçənci illərdə təhsil aldığını bildirməsini şəxsi məlumatlarının paylaşılması kimi dəyərləndirir. Məhz bu mövqeyin özü onunla bağlı verilən məlumatların doğruluğunu təsdiqləyir desək, yəqin ki, yanılmarıq. Vasim Abdullayevin tibb təhsilinin olmamasını, hətta onun yazının əvvəlində qeyd olunan universitetlərdə oxumadığını gücləndirən başqa bir amil isə Reflex Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti ilə bağlı Azərbaycan Tibb Universitetinə, Azərbaycan Turizm və Menecment Universitetinə, o cümlədən Xəzər Universitetinə ünvanladığımız sorğuların bir aydan artıqdır ki, cavablandırılmamasıdır. Görünür, ya adıçəkilən tibb müəssisələrinin mətbuat xidmətləri normal fəaliyyət göstərmir, ya yetkili şəxslərinin verəcəkləri cavab yoxdur, ya da ortada ÇOX BÖYÜK ƏMMA var. Lakin hər bir halda Reflex Reabilitasiya Mərkəzinin rəhbərliyi tibb təhsili olmayan, diplomsuz şəxsi həkim kimi işə qəbul etdiyi üçün birbaşa məsuliyyət daşıyır.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678778777_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678778777_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678778777_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678778778_1.jpg
"Hürriyyət"
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti